Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-08-2023 , 23:40

9715

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Mətləb Əliyev: “Buzovna  bələdiyyəsi hər zaman sakinləri narahat edən məsələlərin həllini diqqətdə saxlayır”


“Fəaliyyətimizi icra hakimiyyətinin tövsiyələrini nəzərə alaraq həyata keçiririk”–bu fikirləri Belediyye.infoya  Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri Mətləb Əliyev bildirib.

Sədrin sözlərinə görə, Xəzər RİH başçısının Buzovna qəsəbəsində keçirdiyi səyyar görüşlərdə sakinlərin qaldırdığı problemlərin həllində yerli özünüidarəetmə orqanı olaraq biz də öz töhfəmizi veririk. 

Bu günlərdə Xəzər RİH başçısı Elşən Salahovun sakinlərlə görüşü zamanı Buzovna qəsəbəsi Təbriz küçəsində (Təmənis sahəsi) sakinlər tərəfindən qaldırılan iki məsələnin icrasını başçının tövsiyəsinə əsasən Buzovna bələdiyyəsi icra edib. 

Belə ki, bələdiyyə iclasının qərarıyla Təbriz küçəsi üçün sifariş olunan küçə lövhələri yazılaraq küçəboyu vurulması başa çatdırlımışdır. 

Bununla yanaşı "Heydər Əliyev"Fondu tərəfindən inşa edilən  292 saylı tam orta məktəbinə və Mədəniyyət Evinin rəhbərliyinin müraciətinə əsasən Əziz Mirəhmədov küçəsində mədəniyyət evinə gələn sakin, valideyn və şagirdlərin təhlükəsizliyi baxımından sürət maneəsi quraşdırılıb.

Buzovna  bələdiyyəsi hər zaman sakinləri narahat edən məsələlərin həllinə maliyyə imkanları çərçivəsində diqqətdə saxlayır. Sadəcə vergi ödəyicilərizmidən xahiş edirik təqdim edilən bildirişlərə uyğun olaraq vergiləri vaxtında ödəməyi unutmasınlar.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Konfransda bələdiyyə  təmsilçiləri də iştirak edib

Gündəlik Xəbərlər
01-12-2025
353

Onlar Assosiasiyanın idarə heyətinə üzv seçiliblər


Gündəlik Xəbərlər
15-11-2025
727

 Prezidentin məmurlardan əsas tələbləri

Gündəlik Xəbərlər
13-11-2025
704

Qaradağ RİH-də vakant yerlərin sayı yeddiyə çatıb

Gündəlik Xəbərlər
03-11-2025
576

Daha bir icra hakimiyyətində əməliyyat keçirilib

Gündəlik Xəbərlər
02-11-2025
798

Bələdiyyələrin fəaliyyətinə problem yaradanların... 

Gündəlik Xəbərlər
30-10-2025
701